Türkiyə klubu \"Qarabağ\"ın futbolçusunu transfer edir

19:56 / 03.07.2021
1600

Qarabağ"ın serb yarımmüdafiəçisi Uroş Matiç karyerasını Türkiyədə davam etdirə bilər.

Hit.az "Giresun Spor Gazete"sinə istinadən xəbər verir ki, ötən yay Ağdam klubuna transfer edilən və 2+1 illik müqaviləyə imza atan futbolçu 1-ci Liqa təmsilçisi "Giresunspor"un maraq dairəsinə düşüb.

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Fanat az-a bu varədə açıqlama verib: 

"Matiçlə maraqlandıqlarından xəbərimiz var. "Giresunspor"un idman direktoru Fatih Kavlak azərbaycanlı futbol azarkeşləri üçün də tanış simadır. Yəni onunla dost münasibətimiz var. Amma Uroşa görə "Qarabağ"a rəsmi təklif gəlməyib. İndilik onu deyə bilərəm ki, Matiçin bizim klubla 1+1 illik müqaviləsi var".

0