Çexiya - Danimarka oyununun ən yaxşı futbolçusu bəlli oldu

İDMAN
23:20 / 03.07.2021
1565

Bakı Olimpiya Stadionunda keçirilmiş Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu, Skandinaviya təmsilçisinin oyunçusu Tomas Dileynidir.

Qeyd edək ki, qarşılaşma Danimarkanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Dileyni 5-ci dəqiqədə oyundakı ilk qolun müəllifi olub.

0