Azərbaycan klubunun 4 futbolçusunda koronavirus aşkarlandı

İDMAN
11:55 / 25.05.2020
1176

Təbrizin "Traktor" klubunun koronavirus testlərinin nəticəsi müəyyənləşib.

"Report"un Cənubi Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandanın 4 futbolçusunda infeksiya aşkarlanıb.

Oyunçuların adları açıqlanmasa da, onların karantin altına alındıqları bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.

0
Report.az