"Qəbələ" ikiqat maaş təklif etdi və mən pulu seçdim"

İDMAN
18:17 / 25.05.2020
1523

“Qəbələ”nin sabiq futbolçusu Deyv Bulthuis “voetbalprimeur.nl” saytına açıqlama verib.

Qol.az xəbər verir ki, o deyib ki, 2017-ci ildə "Qəbələ"yə pula görə keçib: “Nürnberq”dən “Sürix” transfer ola bilərdim. Ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim”

29 yaşlı müdafiəçinin sözlərinə görə, "Qəbələ"də həmin vaxt legionerlər çox olub: "Qəbələ"də 4 matça çıxdım. Orada 11 legioner futbolçu var idi. Bu səbəbdən o, Azərbaycanda çox qalmaq istəmədim".

Hazırda Cənubi Koreyanın “Ulsan Hunday” klubunda çıxış edən Bulthuis oradakı həyatından məmnun olduğunu vurğulayıb.

Qeyd edək ki, D.Bulthuis 2017-ci ilin yayında "Qəbələ"yə transfer olunmuşdu və 2018-ci ilin qışında klubdan ayrılmışdı.

0