BOK: 2022-ci il Olimpiadası təxirə salınmayacaq

İDMAN
20:47 / 06.01.2022
785

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qarşıdan gələn Pekin Qış Olimpiya Oyunlarının taleyi ilə bağlı açıqlama verib.

“İdmançıların arzularının puç olmaması üçün hər şeyi edəcəyik. Lakin bunun üçün Oyunlarda müəyyən edilmiş təhlükəsizlik həyat tərzinə çevrilməlidir”, - deyə Bax təşkilatın mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət öncə İsveçrə Olimpiya Komitəsi BOK-dan idmançılar arasında koronavirusa yoluxma hallarının artması səbəbindən 2022-ci il Olimpiadasının təxirə salınması variantını nəzərdən keçirməyi xahiş etmişdi.

Xatırladaq ki, Qış Olimpiya Oyunları 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək. Pekin həm Yay, həm də Qış Oyunlarına ev sahibliyi edən ilk şəhər olacaq.

0
oxu.az