"Tata Steel Chess": Məmmədyarov ikinci yeri tutdu

İDMAN
16:15 / 30.01.2022
1375

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu - XIII turun görüşünü keçirib.

HİT.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub. 8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü, 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

0