UEFA ÇL finalının Sankt-Peterburqdan alınmasıyla bağlı açıqlama verdi

İDMAN
23:53 / 14.02.2022
948

UEFA Rusiyanın Ukraynaya mümkün müdaxiləsi halında cari mövsüm Çempionlar Liqası finalının təşkili hüququnun Sankt-Peterburqdan alınabiləcəyi xəbərinə reaksiya verib.

“UEFA daim vəziyyəti yaxından izləyir. Hazırda məkanın dəyişdirilməsi kimi bir planımız yoxdur”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl İngiltərənin “Football.London” saytı Rusiya və Ukrayna arasında münasibətlərdə siyasi vəziyyətin dəyişəcəyi təqdirdə UEFA-nın mayın 28-də keçiriləcək turnirin finalını Sankt-Peterburqdan ala biləcəyi barədə məlumat yayıb.

0
oxu.az