Respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinə başlanılır.
Bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib.
Belə ki, qurum təmir işlərini “AR Group İnşaat” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.
Sözügedən işlərin icrasına 4 milyon manat sərf olunacaq.


