Azərbaycan cüdoçusu Böyük Dəbilqədə gümüş medal qazanıb

İDMAN
20:45 / 17.02.2022
751

Azərbaycan cüdoçusu Yaşar Nəcəfov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Hit.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 22 yaşlı idmançı israilli Barux Şmailovla qarşılaşıb.

Rəqibinə ipponla uduzan Nəcəfov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, 34 ölkədən ümumilikdə 298 (165 kişi, 133 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəyə fevralın 19-da yekun vurulacaq. Son məlumata əsasən, Azərbaycanı yarışda ümumilikdə 10 kişi cüdoçu təmsil etməli idi. Lakin onlardan Rüstəm Orucov (73 kq) koronavirusa yoluxduğu üçün yarışa buraxılmayacaq.

0