Xorxe Sampaoli: “Qarabağ” bizi oynamağa qoymadı"

İDMAN
08:08 / 18.02.2022
1479

“Qarabağ” bu gün bizi oynamağa qoymadığı üçün çətin keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirilən ilk oyun barədə danışarkən deyib.

“Velodrom” stadionunda 2:0 hesabı ilə qalib gəldikləri matçın ardından argentinalı mütəxəssis komandasının çıxışını dəyərləndirib: “Birinci hissədə məhsuldar olmaq çətin idi. İkinci hissədə də çətinliklərlə qarşılaşdıq. Kollektiv olaraq həyəcanlandıq. Bazar günü çempionat matçımız olduğu üçün planlaşdırılan dəyişikliklər edilmişdi”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.

0