UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə qarşı iş açdı

İDMAN
23:13 / 18.02.2022
1251

UEFA Konfrans Liqasının 1/16 final mərhələsində “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açıb.

Hİt.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Fransa klubu tribunalarda qadağan olunmuş bannerin görünməsinə, azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsinə görə ittiham edilir.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə cavab oyunu fevralın 24-də Azərbaycanda keçiriləcək.

0