\"Mançester Yunayted\" dünyaca məşhur futbolçunu gətirir - Ronaldo gedir?

11:20 / 10.03.2022
1597

"Mançester Yunayted" mövsümün sonu "Bavariya"dan ayrılacağı gözlənilən Robert Levandovksini transfer etmək niyyətindədir.

Hit.az Offsideplus.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" yayda komandanı tərk edəcək olan Kriştiano Ronaldonun əvəzinə 33 yaşlı polşalı "qol maşını"nı gətirəcək. Artıq İngiltərə təmsilçisi danışıqlar üçün hərəkətə keçib.

Bildirək ki, Münhen təmsilçisinin rəhbərliyi Levandovskinin  2023-cü ildə başa çatacaq olan sözləşməsi gözləmək niyyətində deyil. Klub onu bu yay münasib qiymətə satmaq istəyir.

Qeyd edək ki, polşalı forvard bu mövsüm 35 matçda 42 qol və 4 məhsuldar ötürmə edib.

0