"Atletiko Madrid" Suareslə vidalaşacaq

İDMAN
15:33 / 25.04.2022
836

Madrid "Atletiko"su 2021/2022 mövsümünün sonunda futbolçusu Luiz Suareslə yollarını ayıracaq.

Hit.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid komandası uruqvaylı hücumçu ilə müqaviləni yeniləməyəcək. O, bu mövsümün sonunda komandanı tərk edəcək.

Qeyd edək ki, 35 yaşlı forvard 2020-ci ildən "Atletiko"da oynayır. O, bu mövsüm yerli çempionatda 29 matçda 11 qol vurub və 2 məhsuldar qol ötürməsi edib. Futbolçunun İspaniya klubu ilə müqaviləsi yayda başa çatacaq.

0