Şenol Güneş Azərbaycan millisini çalışdıracaq? - Özü açıqladı

İDMAN
15:01 / 07.12.2023
520

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.

HİT.az xəbər verir ki, tanınmış türkiyəli mütəxəssis "Sportinfo"ya dolayısı yol ilə təklif aldığını deyib:

"Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.

Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram".

0