"Real"ın qələbəsi "Qarabağ"ın işinə yaradı

İDMAN
09:36 / 02.06.2024
578

“Qarabağ” Çempionlar Liqasında 2024/2025 mövsümünə 2-ci təsnifat mərhələsindən start verəcək.

Hit.az xəbər verir ki, bu, “Real Madrid”in turnirin qalibi olmasından sonra dəqiqləşib. 

Azərbaycan çempionu qitənin ən nüfuzlu yarışında ilk mərhələdən azad olacaq. Madridlilərin qələbəsi “Qarabağ”la yanaşı “Ferentsvaroş”un da işinə yarayıb. Hər 2 komanda səpələnməmişlər arasında yer alacaq.

Bundan başqa, “Real Madrid”in qələbəsi Çempionlar Yolu ilə liqaya yüksələcək komanda sayını 4-dən 5-ə yüksəldib. Bu amil Ağdam klubuna əlavə şans yaradır.

Bu arada, İspaniya təmsilçisinin heyətində yer alan Türkiyə millisinin üzvü Arda Gülər də tarixə düşüb. Belə ki, o, UEFA Çempionlar Liqasını qazanan ilk türkiyəli oyunçu olub. “Ay-ulduzlular”ın üzvü 19 yaşında bu nailiyyətə imza atıb.

0