Tarixin 26 oktyabrı...

MARAQLI
10:30 / 26.10.2026
179

Bu gün tarixin vərəqlərində 26 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün bəzi tarixi hadisələrlə yadda qalıb.

26 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 26 oktyabrına nəzər salırıq.

26 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında üçüncü humanitar atəşkəs razılaşması imzalanıb. 2021-ci ildə İşğaldan azad olunmuş ərazilərdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı olub.

Həmçinin, 1863-cü ildə müasir futbolun əsasını qoyacaq İngiltərə Futbol Assosiasiyası təsis edilib. Həmin ildə həm də Genuyada Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti yaradılıb. 1947-ci ildə Britaniyanın İraqdakı hərbi işğalı başa çatıb. 1951-ci ildə 77 yaşlı Uinston Çörçill yenidən Birləşmiş Krallığın Baş naziri olub. 

26 oktyabrda doğulanlar:
1925-ci ildə xalq rəssamı Əşrəf Muradoğlu, 1926-cı ildə sosialist əməyi qəhrəmanı, neftçi Qurban Abbasov, 1946-cı ildə Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və 2000-ci ildə futbolçu Elvin Cəfərquliyev dünyaya gəlib.

Həmçinin, 1842-ci ildə rus rəssamı Vasili Vereşşagin, 1916-cı ildə Fransanın keçmiş prezidenti Fransua Mitteran, 1941-ci ildə danimarkalı futbolçu Harald Nilsen, 1947-ci ildə ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton, 1959-cu ildə Boliviyanın 80-cı prezidenti Evo Morales, 1985-ci ildə fransız müğənni Soko, 1986-cı ildə polşalı futbolçu Yakub Jezniçak və 1991-ci ildə ispan müğənni Blas Kanto doğulub.

26 oktyabrda vəfat edənlər:
1991-ci ildə dövlət xadimi Tahirə Tahirova, 2016-cı ildə general-mayor Əli Kazımov və 2017-ci ildə isə diktor Rafiq Hüseynov dünyasını dəyişib.

Həmçinin, 1580-ci ildə İspaniya kraliçası Avstriyalı Anna, 1941-ci ildə sovet yazıçısı Arkadi Qaydar, 1968-ci ildə fransız filosofu Jan İppolit və 1979-cu ildə Cənubi Koreya prezidenti Pak Çon Hi vəfat edib.

Pərviz

0