Əfsanəvi futbolçu 5 nəfər tərəfindən döyüldü - Evi qarət edildi

İDMAN
15:32 / 21.06.2024
435

İtaliya futbolunun əfsanəsi Roberto Baggio villasında 5 nəfərlik dəstənin hücumuna məruz qalıb.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əfsanəvi futbolçu milli komandanın oyununa baxarkən oğrular villaya daxil olaraq Baggio və ailəsini otağa bağlayıblar. Oğurluğun qarşısını almağa çalışan Baggio dəstə üzvü tərəfindən silahın sapı ilə başından yaralanıb.

Alnında dərin yara olan Baggio 40 dəqiqədən çox ailəsi ilə birlikdə otaqda qalıb.

Quldurlar villanı qarət edib qaçdıqdan sonra Baggio qapını sındıraraq polisə məlumat verib.

Baggionun vəziyyətinin ciddi olmadığı və alnında bir neçə tikişin olduğu öyrənilib.

Samir

0