"Aerowingo"dan "Neftçi" azarkeşlərinə İstanbul bileti!

İDMAN
16:25 / 02.10.2026
145

“Neftçi” yeni kampaniyaya start verib. 

Hit.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Misli Premyer Liqasının 7-ci turu çərçivəsində oktyabrın 9-da "ağ-qaralar"ın “Sabah”a qarşı keçirəcəyi ev oyununa onlayn bilet alıb biletini stadionun girişində skan edərək, matçda iştirak edən azarkeşlərdən biri İstanbula aviabilet qazanacaq.

İlin sonunadək isə hər 3-cü ev oyununda bir azarkeşin aviabilet qazanmaq şansı olacaq. Növbəti aviabilet üçün iştirakçı ardıcıl 3 ev oyununa onlayn bilet almalıdır, biletlərini stadionun girişində skan edərək, hər 3 görüşü tribunadan izləməlidir.

Qalib 3-cü oyunun ilk hissəsinin gedişində bütün şərtləri yerinə yetirən iştirakçılar arasından təsadüfi şəkildə seçiləcək. Şəffaflığın təmin olunması üçün qalibin seçilmə prosesinin videosu klubun sosial şəbəkələrində hekayə bölməsində paylaşılacaq.

Qalib olan şəxsə hədiyyə oyunun fasiləsində, meydançada – bütün azarkeşlərin gözü qarşısında təqdim ediləcək. Müsabiqədə yalnız onlayn bilet alan azarkeşlər iştirak edə bilərlər.

Onlayn biletləri //bilet.neftchi.az saytından və “Neftçi”nin mobil tətbiqindən əldə etmək olar.

Tribunadakı yerin bu dəfə səni İstanbula apara bilər!

0