"Sabah"ın III mərhələdəki potensial rəqibləri müəyyənləşdi

İDMAN
14:16 / 20.07.2026
161

"Sabah" komandasının UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

HİT.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu məğlub etsə, "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə görüşəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək.

0