Avropa Liqası: “Qarabağ” Bakıda ÇSKA ilə üz-üzə

İDMAN
10:00 / 23.07.2026
159

“Qarabağ” bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək.

Hit.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Oyunu italiyalı baş hakim Daniele Çiffi idarə edəcək. Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.

Qeyd edək ki, cütün qalibi III təsnifat mərhələsində Moldovanın “Şerif” - İsrailin “Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə üz-üzə gələcək.

0