Bu gün “Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.
Hit.az xəbər verir ki, Rəşad Sadıqovun komandası Estoniyada “Payde”nin qonağı olub. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasındakı cavab oyunu iyulun 30-da Sumqayıtda keçiriləcək.
Cütün qalibi 3-cü mərhələdə "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə görüşəcək
Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. "Payde" (Estoniya) – "Zirə" (Azərbaycan) - 1:0
Qol: Pa Abdou Çam, 87
Hakimlər: Roman Jitari, Viktor Mardari, Andrey Bodean, Andrey Brequta (hamısı Moldova)


