"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə qarşılaşıb

İDMAN
20:42 / 27.07.2026
135

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Hit.az xəbər verir ki, I Liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 1:1 hesablı heç-heçəyə razılaşıb. "Turan Tovuz"un yeganə qoluna İbrahima Vadji imza atıb.

Qeyd edək ki, Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.

0