“Qarabağ”dan ayrılan Addainin yeni klubu

İDMAN
10:10 / 28.07.2026
110

“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addainin yeni komandası müəyyənləşib.

Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı futbolçunu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Addai 2024-2026-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

0