"Sabah" revanş matçına çıxır

İDMAN
11:20 / 28.07.2026
136

Bu gün Azərbaycan təmsilçisi “Sabah” Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Hit.az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada “KuPS”un qonağı olacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Oyun İctimai TV vasitəsi ilə canlı yayımlanacaq. Bu komandalar arasında ilk oyun “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) - “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.

19:00. “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan)

Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail)

VAR: Daniel Bar Natan

0