"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunun birinci mərhələsi başa çatıb.
HİT.az-ın məlumatına görə, ilk nəticələrə əsasən, altı sürücü mübarizəni dayandırıb.
Bunlar Valtteri Bottas, Lens Stroll, Serxio Peres, Fernando Alonso, Niko Hülkenberq, Qabriel Bortoletodur.
Hazırda sıralama turunun ikinci mərhələsi keçirilir.
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 26-da baş tutacaq.


