Messi Ronaldonun qol rekordunu qıra bilmədi

İDMAN
11:33 / 07.10.2026
58

Argentina millisinin hücumçusu Lionel Messi milli komandanın heyətində çıxışını başa vurub.

Tiraj.az xəbər verir ki, milli formasında sonuncu oyununda 39 yaşlı hücumçu Benin yığmasının qapısına qol vuraraq milli komanda ilə keçirdiyi oyunlarda ümumi qol sayını 126-ya çatdırıb. Milli komandalar üzrə qol sayında dünya rekorduna sahib olan Kriştianu Ronaldonun hesabında isə 146 qol var.

Messi Argentina millisində ümumilikdə 208 matç keçirib. Ronaldo isə Portuqaliya yığmasının heyətində 234 oyuna çıxıb.

Messi avqustun 31-də Argentina millisində karyerasını başa vurduğunu rəsmən açıqlayıb. Hücumçunun sözlərinə görə, o, milli komandadan “ruhunda rahatlıq və yalnız xəyal edilə biləcək anlarla bağlı qürur hissi” ilə ayrılır.

Samir

0