Gəncədə Zülfüqar Məmmədov adına Xəstəxananın Endokrinoloji şöbəsinin müdiri Sevda Əsgərova tutduğu vəzifədən azad edilib.
HİT.az gencexeber.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyimin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb.
Sevda Əsgərovanın vəzifədən azad edilməsinin həmin yoxlamalarla əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, Sevda Əsgərova 2017-ci ildə “Əməkdar həkim” fəxri adına layiq görülüb.


