Daha bir müğənni ailəsi ilə birgə koronavirusa yoluxdu

MAQAZİN
13:36 / 01.12.2020
1424

Daha bir ifaçı ailəsi ilə birgə koronavirusa yoluxub.

“MediaPost”un əldə etdiyi məlumata görə, müğənni Elçin Hüseynovun və ailə üzvlərinin “Covid-19” testi pozitiv çıxıb.

Onlar evdə müalicə alırlar. Sənətçi saytımıza açıqlamasında vəziyyətlərinin stabil olduğunu söyləyib.

Qeyd edək ki, sənətçinin 4 övladı var.

Onu da bildirək ki, Əməkdar artist Lalə Məmmədova və ailəsi də koronavirusa yoluxub.

1