Naili İmran filmə çəkiləcək? - MÜSAHİBƏ 

MAQAZİN
17:58 / 30.12.2023
3217

"Yeni ildə rus dilində ifa etdiyim yeni mahnımı dinləyicilərimə təqdim edəcəm". 

Bu sözləri məşhur müğənni Naili İmran HİT.az-a müsahibəsində deyib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Naili xanım, yeni ili harada və necə qarşılayacaqsınız?
- Təbii ki, mən də sıradan insanlar kimi bayram günü evimdə ailəmlə bir süfrədə televizorun qarşısına keçirmək istəyərdim. Lakin təəssüf ki, bizim kimi sənət adamları üçün bu, mümkün deyil. Çünki biz həmin gün insanların səmərəli və əyləncəli şəkildə bayramı qeyd etməsi üçün musiqili məkanlarda çıxış edirik. 

- Bəs yeni ildə yenilikləriniz olacaq?
- Əlbəttə, olacaq. Yeni ildə rus dilində ifa etdiyim yeni mahnımı dinləyicilərimə təqdim edəcəm. 

- Bəzi müğənnilər Yeni illə bağlı çəkilən filmlərdə rol alırlar. Bəs sizi belə bir layihədə görə bilərik? 
- Təbii ki, görə bilərsiniz. Yəni bununla bağlı təklif gəlsə, imtina etmərəm. 

- Ümumiyyətlə, özünüzü aktrisa kimi də sınamağı düşünürsünüz? 
- Mən onsuz da aktrisayam. Sənət adamları olduğumuz üçün bizə ilk növbədə aktyorluğu öyrədirlər. Hətta bu, ifadan da öncə olur. Ona görə də bizim sənətimizdə müğənnilik və aktrisalıq vəhdət təşkil edir. Mən aktrisa olmaqdan çəkinmirəm. Hətta bir filmdə rol almaq çox xoşuma gələr. 

Pərviz Şimşək

0