Elvina Atakişiyevaya qalmaqallı piar təklifi - Axşama qədər vaxt verdi

MAQAZİN
16:26 / 13.11.2026
34

Aktrisa və müğənni Elvina Atakişiyeva əsəbiləşib.

Müğənni Qaynarinfo-ya açıqlamasında onu əsəbiləşdirən şəxsə axşama qədər vaxt verdiyini bildirib:

"Axşam saatlarına qədər ona vaxt qoymuşam. Əgər həmin şəxs təklif etdiyi piara görə zəng edib məndən üzr istəməsə, onun adını və fotolarını səhifəmdə yayacağam. Bundan əlavə, aidiyyəti orqanlara da məlumat verəcəyəm”.

Elvina Atakişiyeva deyib ki, ona zəng edən şəxs xəyanət mövzusunda piar təklif edib:

"Piara baxın – ailə, xəyanət mövzusu. Filan xanım Elvin qardaşla kafedə yana-yana oturub çay içsinlər. Həmin fotoları mənə göndərsinlər və mən bunu xəyanət kimi qəbul edim. Beləcə, ailə-xəyanət mövzusu gündəmə gəlsin. Kiminsə şəxsi nömrəsinə zəng edib bunu necə demək olar? Yoldaşım mədəni adamdır, bütün günü ailəsi ilə bir yerdə olan insandır. Mənim yoldaşım onun kimi bir səviyyəsizlə kafedə oturub imicini korlasın? Axı sən kimsən ki, mənim ərim səninlə yanaşı otursun? Ailəmin nüfuzu bizim üçün həmişə öndədir. Ailə həssas yerimizdir. Bunlar üçün ailələr oyuncaqdır".

Qeyd edək ki, Elvina Atakişiyeva tanınmış aktyor, aparıcı və müğənni Elvin Ağayevlə evlidir.

 

0