"Artıq Pərviz Bülbülə ilə duet oxumaq istəmirəm" - Camilla ilə EKSKLÜZİV MÜSAHİBƏ 

MAQAZİN
15:30 / 19.02.2024
2850

"Pərviz Bülbülənin duet ortaqlığına olan laqeyidliyinə və məsuliyyətsizliyinə görə işbirliyini bitirdim". 

Bu sözləri tanınmış müğənni Camilla Hit.az-a müsahibəsində deyib. 

Sözügedən müsahibəni təqdim edirik:

- Camilla xanım, əsl adınız nədir? Nə üçün Camilla adından istifadə edirsiniz?
- Əsl adım Cəmilədir. Fərqli, yeni və seçilən səhnə adı olması üçün sadəcə hərf dəyişikliyi etdim.

- Sənətə necə başlamasınız?
- Sənəti oxumağı sevdiyim bir xobbi kimi düşünürdüm. Hətta ortamlarda hər zaman yaxın dost-tanış ətrafında özüm üçün oxuyurdum. Hər kəs çox yaxşı səsim olduğunu deyirdi. Sonda ən yaxın dostumun dəstəyi və dediyi "Niyə müğənni olmursan səsin var, məncə, səndə əla alınar" sözü ilə həvəskar olaraq karyerama başladım.

- Pərviz Bülbülə ilə duetləriniz çox sevildi. Bəs bu uğurlu duet ortaqlığı necə ərsəyə gəldi?
- Pərviz Bülbülə ilə ortaq dost məclislərin birində yaxından tanış olmuşduq. Bu işbirliyi mənim onun "Biri var" mahnısını oxumaq istədiyim üçün icazə istəməyimlə başladı. O isə "Bəli, əlbəttə olar" cavabını verdi. Həmçinin, mahnını duet kimi oxumağı təklif etdi. Nəticədə, işbirliyimiz başladı. Sonra iki duet daha oxuduq və onlar da çox sevildi. 

- Pərviz Bülbülə ilə yeni duetləriniz olacaqmı?
- Bizim Pərviz bəylə yeni duetlərimiz də ola bilərdi. Lakin Pərviz Bülbülənin bu duet ortaqlığına olan laqeyidliyini və məsuliyyətsizliyinə görə işbirliyini bitirdim. Artıq onunla yenidən duet oxumaq istəmirəm.

- Yaxın zamanda karyeranızda hansı yeniliklər gözlənilir? 
- Artıq müasir estrada tərzində fərqli mahnı və kliplər hazırlanır. Mən də bunun üzərində çalışıram. Bundan əlavə, yeni lahiyələrimin içərisində bəstəkar mahnıları da xüsusi yer tutacaq.

Pərviz Şimşək

0