Boris Conson 8-ci dəfə ata oldu - FOTO

18:14 / 11.07.2023
606

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 8-ci dəfə ata olub. 

HİT.az xəbər verir ki, bu barədə sabiq baş nazirin həyat yoldaşı Kerri Consona istinadən "Daily Mail" məlumat yayıb.

Uşağın adı Frank Artur Odissey qoyulub. Körpə iyulun 5-də, səhər saat 9:15-də anadan olub. 

"Böyük uşaqlarımın yeni qardaşlarını belə sevinc və həyəcanla qucaqladığını görmək ən gözəl mənzərə idi. Hamımız çox sevinirik", deyə Kerri Conson yazıb.

Samir

0