Tarixin 19 oktyabrı...

MARAQLI
11:45 / 19.10.2026
167

Bu gün tarixin vərəqlərində 19 oktyabrdayıq.

Hit.az xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

Həmçinin, 19 oktyabr bir sıra görkəmli şəxsin doğum günü kimi xatırlanır. Eyni zamanda, bəzi tarixi şəxslərin də vəfat günü bu günə təsadüf edir. Beləliklə, tarixin 19 oktyabrına nəzər salırıq.

19 oktyabrda baş verənlər:
2020-ci ildə İkinci Qarabağ müharibəsi çərçivəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı və İsaqlı kəndlərini Ermənistanın işğalından azad edib. 1951-ci ildə ingiliz əsgərləri Süveyş Kanalını ələ keçirib. 1962-ci ildə ilk Ceyms Bond filmi olan “Dr. No” nümayiş olunub. 1972-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alman yazıçısı Heinrik Böllə verilib. 2025- ci ildə Şimali Kipr Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Tufan Ərhürman 62,76 faiz səslə qalib gəlib.

19 oktyabrda doğulanlar:
1930-cu ildə fleyta ifaçısı, Xalq artisti Rəhim Babayev, 1932-ci ildə fizioloq, professor Hüseyn Həsənov dünyaya gəlib.

Həmçinin, 1921-ci ildə isveçli futbolçu və baş məşqçi Qunnar Nordal, 1931-ci ildə Böyük britaniyalı yazıçı Con le Karre, 1951-ci ildə meksikalı aktrisa Veronika Kastro, 1983-cü ildə rusiya futbolçu Vladimir Qabulov, 1986-cı ildə çinli voleybolçu Yun Ven Ma, 1987-ci ildə ukraynalı televiziya aparıcısı Lesya Nikityuk, 1989-cu ildə slovakiyalı futbolçu Miroslav Stoh, 1991-ci ildə türkiyəli futbolçu Sərdar Dursun və 1992-ci ildə Cənubi koreya aktrisa Kim Çi-Von doğulub.

19 oktyabrda vəfat edənlər:
1972-ci ildə opera müğənnisi Fatma Muxtarova və 2021-ci ildə jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişib.

Həmçinin, 1216-cı ildə İngiltərə kralı I Con, 1936-cı ildə çinli yazıçısı Lu Sin, 1943-cü ildə fransız heykəltəraşı Kamilla Klodel, 2003-cü ildə Bosniya və Herseqovinanın ilk prezidenti Aliya İzzetbeqoviç, 2018-ci ildə yapon kimyaçı Osamu Şimomura və 2018-ci ildə amerikalı aktrisa Diana Soul vəfat edib.

Pərviz

0