Türkiyədə keçən həftənin ən çox izlənilən serialları bəlli olub.
Hit.az xəbər verir ki, 19-25 oktyabr tarixlərində “Total” kateqoriyasında “Taşacak Bu Deniz” zirvədə yer alıb.
“Yeraltı” yüksəlişə keçərək 2-ci sıraya qədər çıxıb. Həmçinin, “Ömür Usta” da 1 pillə yüksəlib. “Altı Üstü İstanbul” və “Teşkilat” 1, “Sevdan Bir Ateş” isə 3 pillə geriləyib. Keçən həftə ilə müqayisədə “Güller ve Günahlar” siyahıya qayıdıb, “Sevdiğim Sensin”, “Tuzlu Kahve”, “Gönül Dağı”, “Anne Yarısı” və “Güneşin Doğduğu Yer” kimi iddialı seriallar isə onluqdan kənarda qalıb.
Beləliklə, həftənin ən çox baxılan serialları bunlardır:
1. “Taşacak Bu Deniz” – “TRT1”
2. “Yeraltı” - “Now TV”
3. “Altı Üstü İstanbul” – “ATV”
4. “Uzak Şehir” – “Kanal D”
5. “Ömür Usta” – “Now TV”
6. “Sevdan Bir Ateş” – “Show TV”
7. “Daha 17” – “Kanal D”
8. “Kızılcık Şerbeti” – “Show TV”
9. “Güller ve Günahlar” – “Kanal D”
10. “Teşkilat” – “TRT1”.
Pərviz Şimşək


