Bakıda müəllim dənizdə batan ana və qızını xilas etdi - FOTO

ÖLKƏ
11:57 / 13.08.2020
1753

Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfər xilas edilib.

HİT.Az xəbər verir ki, Pyotr Anatolyeviç Kuvşinov adlı universitet müəllimi güclü küləyə və yorulmasına rəğmən, həyat yoldaşının köməyi ilə batmaqda olan ana və qızını sudan çıxara bilib.

Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Onun cansız bədənini Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sahilə çıxarıblar.

Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. 

0