8 il əvvəl tikilən binanın sonuncu mərtəbəsində yeni mənzil salınaraq satışa çıxarıldı - VİDEO

ÖLKƏ
10:20 / 27.06.2026
42

8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansartında yeni mənzil tikib, “Tik-Tok”da elan verdilər. 3 otaqdan ibarət yeni tikilinin qiyməti 125 min manata təklif edilb. Mənzilin 56 kvadrar metr olduğu da elan lövhəsinə yazılıb.

"Xəzər Xəbər" “Tik-Tok” sosial şəbəkə platformasındakı elanın izi ilə Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133,  Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksinin həyətinə yollanıb.

Sakinlər bildirib ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.

Kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışların bitdiyini isə komendant deyib.

Maraqlıdır, 8 il bundan əvvəl tikilib istifadəyə verilən müasir yaşayış kompleksininin sonuncu mərtəbəsindəki yeni mərtəbə necə artırılıb?

0