Paytaxtın bu küçə və prospektlərində sıxlıq müşahidə olunur

09:46 / 19.08.2020
507

Hazırda Bakının bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr var.

Sıxlıq aşağıda adları qeyd edilən küçə və prospektlərdə müşahidə olunur:

Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq 20 Yanvar dairəsi istiqamətində

 Binəqədi şossesi Azadlıq prospekti istiqamətində

 Moskva prospekti 20 Yanvar dairəsi istiqamətində

 Bakı-Sumqayıt şossesi şəhər istiqamətində

 Zabrat şossesi H.Əliyev prospekti istiqamətində.

0