Anar Kərimov onu Aparat rəhbəri TƏYİN ETDİ - FOTO

11:30 / 19.08.2020
1063

Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub. 

HİT.Az “MediaPost”a istinadla bildirir ki, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimovun müvafiq əmri ilə Vasif Eyvazzadə Aparat rəhbəri təyin edilib. 

Qeyd edək ki, Vasif Eyvazzadə bu vəzifədən əvvəl nazirliyin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

 

 

0