"AtaSığorta"nın rəhbəri dəyişdi - Yeni departamentlər yaradıldı

ÖLKƏ
11:43 / 19.08.2020
1019

Avqustun 11-də «AtaSığorta» ASC-nin 2020-2022-ci illər üzrə Strateji Planı və yeni təşkilati strukturunun təsdiqlənməsi ilə bağlı səhmdarlarının ümumi yığıncağı keçirilib. 

HİT.Az “MediaPost”a istinadla xəbər verir ki, iclasda Direktorlar Şurasının və İdarə Heyətinin tərkibi tam olaraq formalaşdırılıb.  

Yeni struktura əsasən, Direktorlar Şurasının müstəqil üzvü Ağakərim Məlik-Aslanov Direktorlar Şurasının sədri vəzifəsinə təyin olunub. Ağakərim Məlik-Aslanov maliyyə sektorunda uzun müddətdir fəaliyyət göstərir. 

Eyni zamanda 2009-cu ildən şirkətdə çalışmış, 2014-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsini icra etmiş Zəfər Muxtarov Direktorlar Şurasının müstəqil üzvü vəzifəsinə təyin edilib. 

Qeyd edək ki, hal-hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsini sığorta bazarında kifayət qədər tanınmış, təcrübəli Orxan Məmmədov icra edir.

Həmçinin, “AtaSığorta” ASC-də bir neçə yeni departament və şöbələr yaradılıb ki, onlardan biri də Biznesin İnkişafı Departamentidir. Bu vəzifəyə isə şirkətin Anderraytinq və Təkrarsığorta departamentinin direktoru Nigar İbrahimova təyin edilib. Yeni yaradılmış Biznesin İnkişafı Departamentinin rəhbəri Nigar İbrahimova 2005-ci ildən "AtaSığorta" ASC-də müxtəlif vəzifələrdə işləmiş, 2014-cü ildən isə Anderraytinq və Təkrarsığorta departamentinin direktoru vəzifəsini icra edib. Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin üzvüdür. 

0