Binəqədidə yanğın oldu

ÖLKƏ
17:52 / 19.08.2020
1148

Binəqədidə açıq sahədə yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

1