Tanınmış azərbaycanlı musiqiçini oğlu öldürüb (Yenilənib)

ÖLKƏ
15:09 / 08.09.2020
1270

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov vəfat edib.

Bu barədə “Qafqazinfo”ya aparıcı, mərhumun dostu Samir Bayramlı məlumat verib.

Onun sözlərinə görə, musiqiçi evdə 15 yaşlı oğlu Şövqinin ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib.

*****

Tanınmış musiqiçi Nofəl Süleymanov vəfat edib.

HİT.Az Publika.az-a istinadən xəbər verir ki, ötən gecə idarə etdiyi avtomobillə ağır yol qəzasına düşən N.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, musiqi sahəsində tanınmış gitaraçılardan olan N.Süleymanov bir çox məşhur müğənniləri müşayət edib, həmçinin solo ifaları ilə tanınıb.

Allah rəhmət eləsin!

0