Nuhi Abdinov nazir müavini təyin edildi

İQTİSADİYYAT
12:48 / 31.07.2026
107

Nuhi Abdinov Naxçıvan Muxtar Respublikası (MR) əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

HİT.az xəbər verir ki, muxtar respublikanın Baş naziri Cabbar Musayev bununla bağlı sərəncam imzalayıb.

N.Abdinov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışırdı.

0