İran həqiqətin düşmənidir...

KÖŞƏ YAZILARI
12:12 / 28.07.2026
360

İran tərəfindən bu addım gözlənilən idi. Çünki həqiqət onların düşmənidir.

Dövlət televiziya kanalı olan "AzTV"-nin "düşmən media" siyahısına daxil edilməsi eyni zamanda həqiqətə yönəlmiş addımdır. Ona görə də bunu təkcə kanala yox, həm də həqiqətə münasibət kimi qəbul etmək lazım gəlir. Hər hansı dövlətin əsl niyyəti onun bəyanatları ilə deyil, informasiya siyasətində görünür. Ona görə ki, diplomatiya bəzən nəzakət, protokollar əsasında danışmaq tələb edir. Mediada yayılan fikirlər isə siyasi refleksin təzahürüdür. 

İran hər zaman Azərbaycana münasibətdə ikili siyasi xətt malik olub. Bir tərəfdən dostluqdan, ortaq dəyərlərdən, qonşuluqdan, dini yaxınlıqdan, mədəni tarixdən danışır, digər tərəfdən isə nəzarətində olan media resurslarında Azərbaycanın əleyhinə bütün çirkin vasitələrədən istifadə edir. Bu, adi münaisbət yox, siyasi xəttdir.

Azərbaycanın rəsmi dövlət televiziyasının "düşmən media" elan edilməsi göstərir ki, İran yalançı səmimi münasibət taktikasına sadiqdir. İranın dövlət tərəfindən maliyyələşən "Səhər" telekanalının uzun illər ərzində Azərbaycana qarşı qərəzli və təxribat xarakterli informasiya siyasətini hamımız yaxşı bilirik. "Səhər" telekanalının fəaliyyəti təkcə qərəzli informasiyalarla məhdudlaşmayıb, eyni zamanda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və milli maraqlarına qarşı yönəlmiş təbliğat elementlərini də özündə ehtiva edib.

Ona görə də rəsmi Bakının “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyətini qanunsuz hesab edilməsi təqdirəlayiq haldır. Azərbaycanın bu cavabı həm zəruri, həm də prinsipial məsələdir.

Rəfail Becanov

"Cebhe.info" Xəbər Portalının baş redaktoru

0