Ali məktəblərə qəbul olunanların adları bu tarixdə AÇIQLANACAQ

ÖLKƏ
17:15 / 08.09.2020
665

Sentyabrın 10-dan 20-dək abituriyentlər ali məktəblərə ixtisas seçimi edəcəklər, ayın 17-dək isə keçirilən qabiliyyət imtahanlarının nəticələri elan olunacaq.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ixtisas seçimi yekunlaşandan sonra ali məktəblərə tələbə yerləşdirilməsi prosesinə sentyabrın 20-dən başlanacaq.

Daha sonra ali məktəblərdə qeydiyyat mərhələsi başlayacaq.

0