AMEA-nın 39 minlik tenderiylə bağlı AÇIQLAMA

ÖLKƏ
16:40 / 08.09.2020
817

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 39 333.5 AZN-ə CD-DVD üçün yapışqanlı kağız alması məlumat vermişdik. Dövlət Satınalmaları Agentliyinə istinadən yaydığımız məlumatda bildirilirdi ki, institutu yapışqanlı kağızla  “Aventus” MMC təmin edib. Yapışqan kağıza 39 333.5 AZN verilməsi tenderlə bağlı müəyyən şübhələrə səbəb olmuşdu.   

Bu gün İnformasiya Texnologiyaları İnstitunun direktoru, AMEA-nmın həqiqi üzvü, texniki elmlər doktoru Rasim Əliquliyev Yenisabah.az-a əlaqə saxlayaraq Dövlət Satınalmaları Agentliyinin saytında texniki yanlışlığa yol verildiyini bildirib. 

“Biz mətbəə malları almaq üçün müqavilə bağlamışıq. Bu malların arasında yapışqanlı kağız da var. Lakin məblığ yalnız yapışqanlı kağıza aid deyil. Həmin mal yalnız 30 komlplekt CD-DVD üçün nəzərdə tutulub ki, bunun da birinin qiyməti 14.8 AZN-dir. Yəni, 30 komplektin qiyməti cəmi 444 AZN edir. 

Bizim sifarişimizdə isə başqa mətbəə malları da var ki, onların toplam dəyəri 39 000 AZN edir. Təəssüf ki, Dövlət Satınalmalar Agnetliyinin saytında yalnız yapışqanlı kağızı qeyd ediblər. Bu da anlaşılmazlığa səbəb olub. Əgər istəsəniz mən sizə müqaviləni təqdim edə bilərəm. Onu da qeyd edim ki, bu barədə iradımızı agentliyin də diqqətinə çatdırmışıq. Bildirmişik ki, sizin səhviniz üzündən belə bir anlaşılmazlıq yaranıb”, - deyə Rasim Əliquliyev bildirib.

1