İcra başçısının müavininə TƏBİB-də vəzifə verildi

ÖLKƏ
16:56 / 08.09.2020
1067

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Aygün Əliyevaya yeni vəzifə verilib.

Azxeber.com-un əldə etdiyi məlumata görə, icra başçısının müavininə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) vəzifə verilib.

Aygün Əliyevanın TƏBİB-də hansı vəzifəni icra edəcəyi barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bundan öncə Aygün Əliyevaya 2013-cü ildə 25 yaşında olarkən ən gənc xanım müavin olaraq Binəqədi rayon icra hakimiyyətində vəzifəyə təyin edilmişdi.

0