“Məndən sonra bu rəqəmi dəyişib 70 faizi ödənişli, 30 faiz isə ödənişsiz təhsil etdilər...”

ÖLKƏ
15:47 / 19.09.2020
666

“Rektorlar artıq o qədər qudurub ki, çaxır alverinə keçiblər”

“Doxsanıncı illərdə böyük aclıq var idi, dövlətin xəzinəsi boş idi, o dövrü yaşanlar bunu bilirlər, insanlar ərzaq olmaq üçün növbə gözləyərdilər, ət, yağ, qənd və s. şeylər talonla verilirdi. O dövrdə universitetlər dağılmağa başladı, çünki dövlət təhsilə pul ayıra bilmirdi”

Bunu Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. Professor getdikcə, ödənişli təhsili ölkədə ləğv etməyi tövsiyə edib:

“Azərbaycan Respublikasının Konstitutsiyasında hər kəsin axumaq haqqı olduğu qanunla qəbul edilib. Yəni biz heç kimi təhsildən kənarda qoya bilmərik. Doxsanıncı illərdə böyük aclıq var idi, dövlətin xəzinəsi boş idi, o dövrü yaşanlar bunu bilirlər, insanlar ərzaq olmaq üçün növbə gözləyərdilər, ət, yağ, qənd və sar şeylər talonla verilirdi. O dövrdə universitetlər dağılmağa başladı, çünki dövlət təhsilə pul ayıra bilmirdi. Universitetin xərclərinin ödənilməsi üçün biz təhsil qanunu əlavə etdik və orda göstərdik ki, dövlət hesabına verilən təhsillə yanaşı, ödənişli təhsil də olsun. Amma biz dedik ki, təhsilin 70 faizi ödənişsiz, 30 faizi isə ödənişli olsun ki, universitetləri saxlaya və müəllimlərə maaş verə bilək. Bu məqsədlə ödənişli təhsili qanuna saldıq. Məndən sonra bu rəqəmi dəyişdilər, 70 faizi ödənişli, 30 faizi isə ödənişsiz etdilər. Yəni bütün bəlalar ordan gəlir. Əlbəttə, getdikcə ödənişli təhsili azaltmaq lazımdır. Bu gün dövlət universitetləri yüksək məbləğdə təhsil haqqı tələb edir, buna nə ehtiyac var? Rektorlar artıq o qədər qudurub ki, çağır alverinə keçiblər. Bu mənada təhsilə ciddi yanaşmaq lazımdır. Təhsil ölkənin ən strateji məsələsidir”.

0