İnsanlar yüksək əhval-ruhiyyədədir - "Reuters"dən Qarabağla bağlı reportaj

ÖLKƏ
18:22 / 02.11.2020
982

"Həsən Əhmədovun son bir arzusu var - işğal altında olan torpaqlarına geri qayıtmaq".

Bu barədə nüfuzlu xəbər agentliyi "Reuters" Dağlıq Qarabağ münaqişəsi səbəbilə evlərindən didərgin düşən azərbaycanlılar haqqında yazdığı məqalədə qeyd olunub. 

Məqalədə sözügedən bölgədə artıq 30 ilə yaxındır davam edən münaqişənin 1 aydır yenidən alovlandığı və əldə edilən 3 humanitar atəşkəs müqaviləsinin pozulduğu bildirilib. 

Robin Pakstonun müəllifi olduğu məqalənin müsahibi 80 yaşlı Əhmədov "kəndimiz işğaldan azad olunub. Rayonumuzun minalardan təmizlənməsini və yenidən geri qayıtmaq üçün evlərimizin inşa edilməsini gözləyirik. Atalarımızın və babalarımızın məzarları oradadır", - deyə qeyd edib.

Pakston məqaləsində digər azərbaycanlı müsahib 42 yaşlı Ramin Əliyevin də "Vətənim üçün ölməyə hazıram! Övladlarım mənimlə fəxr etsin" açıqlamasına da yer verib. 

Bununla yanaşı müəllif Bakıdakı reklam lövhələrində qısa və dəqiq mesaj yayımlandığını vurğulayıb: "Qarabağ Azərbaycandır! Qarabağ bizimdir!".

O, insanların yüksək əhval-ruhiyyədə olduğunu bildirərək eyvanlardan Azərbaycan və Türkiyə bayraqlarının yanaşı asıldığını söyləyib. 

0
mediapost.az