Şəhid olan dünya çempionumuz - FOTOLAR

14:52 / 12.12.2020
3334

Vətən uğrunda gedən döyüşlərdə şəhid olanlar arasında çempionlarımız da var.

Onlardan biri karete üzrə dünya, Avropa və 12 qat Azərbaycan çempionu Emil Şamilovdur. O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. İkinci Qarabağ Savaşına könüllü yollanıb və Xüsusi Təyinatlı Qüvvə ilə birlikdə döyüşüb. Hadrut uğrunda döyüşdə isə şəhid olub.

Bildirlir ki, Emilin atası Rafiq Şamilov da Birinci Qarabağ Savaşının veteranlarındandır. Ailə üzvləri deyib ki, Emilin ən böyük arzusu Şuşanı işğaldan azad görmək olub. Lakin qəhrəmanımız arzusunun həyata keçdiyi günü görə bilməyib.

0
Sonxeber.az