Dağıstandakı zəlzələ Azərbaycanı da silkələdi - RƏSMİ

ÖLKƏ
11:55 / 02.01.2021
698

Yanvarın 2-də yerli vaxtla 05:05-də Dağıstan ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən HİT.Az-a verilən məlumata görə, 4,7 maqnitudalı zəlzələ Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

1